Bu gün Serbiyanın Novi Sad şəhərində güləş üzrə güləş üzrə U-20 Avropa çempionatı davam edir.
BUTA.TV İdman.biz-ə istinadən xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Xalça üzərinə çıxan 7 güləşçidən yalnız biri medal qazanmaq şansını saxlayıb. İsmayıl Rzayev (82 kq) israilli Omer Barak (8:0), bolqarıstanlı Martin Şişekov (tuş) və xorvatiyalı Antonio Lukaça (9:0) qalib gələrək yarımfinala yüksəlib. İsmayıl yarımfinalda ermənistanlı Erik Matevosyanla qarşılaşıb. Güləşçimiz 2:1 hesabı ilə üstün olaraq, finala yüksəlib.
Qeyd edək ki, final görüşü sabah keçiriləcək.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı