Müğənni Damlanın Ərdəbilə səfəri və orada şadlıq saraylarından birində çıxışından sonra həmin yerin fəaliyyəti qadağan edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Ərdəbil əyalətinin prokuroru Cəlal Afaqi bildirib.
“Qanunları və dəyərləri pozaraq hakim islam mədəniyyətinə məhəl qoymayan bu müğənni ictimai qaydalara xələl gətirmiş və əxlaqsızlığı təbliğ etmişdir. Məsələ ciddi şəkildə araşdırılır və ölçü götürüləcək”,- Afaqi deyib.
Qeyd edək ki, azərbaycanlı müğənni Damlanın Ərdəbil səfəri, orada ifası və hicabsız görüntüləri sosial media kanallarında geniş yayılıb. Radikal dinçi cərəyana mənsub media kanalları bunu tənqid ediblər.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı