Türkiyə Rumıniya və Bolqarıstanla birlikdə Qara dənizdə mina təhlükəsi ilə mübarizə aparacaq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Hərbi Dəniz Qüvvələrinin rəhbəri, admiral Ərcümənt Tatlıoğlu üç Qara dəniz ölkəsinin nümayəndələrinin 1 iyul – Naviqasiya və Kabotaj Gününə həsr olunmuş birgə iclasında bildirib.
Onun sözlərinə görə, Bolqarıstan və Rumıniya ilə razılaşmaya uyğun olaraq Qara dənizdə minalara qarşı tədbirlər üzrə Operativ Qrup (“MCM Black Sea”) yaradılıb. Qrupa Türkiyə rəhbərlik edir.
Operativ Qrupa daxil edilən gəmilər iyulun 1-də İstanbulun Beykoz rayonundakı Umuryeli dəniz bazası ərazisindən yola düşəcəklər.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı