“Nar” komandası 5 ay davam edən gərgin mübarizə nəticəsində “Breyn Rinq” yarışmasının 23-cü mövsümündə qalib gəlib.
BUTA.TV xəbər verir ki, ümumilikdə “Breyn Rinq” intellektual yarışmasının bu mövsümündə 20 komanda iştirak edib. “Nar” finalda “Gəncə” komandasını 2:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, “Nar” komandası 4 qat Azərbaycan çempionu və mobil operatorun təsis etdiyi “Nar” kubokunun 6 qat qalibidir.
“Nar” Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində intellektual oyunları dəstəkləyir. Mobil operator 10 ildən artıqdır ki, “Breyn Rinq” intellektual yarışmasının əsas tərəfdaşıdır. Bu tərəfdaşlığın məqsədi ölkədə təhsil təşəbbüslərini təşviq etməkdir. "Nar"ın gerçəkləşdirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə liderdir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı