Səid Cəlili təcrübəsiz və təhlükəldir.
BUTA.TV xəbər verir ki, bunu İran prezidentliyinə namizəd Məsud Pezeşkian seçkilərin ikinci turu ilə bağlı yaydığı bəyanatında qeyd edib.
Pezeşkian birinci turda Cəliliyə səs verməyənlərə təşəkkür edib, onların bu hərəkətini qeyri-adi və təhlükəli ideyalara mənfi cavab kimi qiymətləndirib:
“Fəlakətdən qaçıb özümüzü sığortalamalıyıq. Gəlin bir daha düşünək və baş verə biləcəklərin heç də zarafat olmadığını qəbul edək! Etibarsız, təcrübəsiz və təhlükəli insanlar İranı qəribə ideyaların ən böyük laboratoriyasına çevirə bilər”.
Qeyd edək ki, İranda iyunun 28-də keçirilən seçkilərin birinci turunda azərbaycanlı Məsud Pezeşkian ən çox (10,4 milyon) səs toplayıb. Onun ən yaxın rəqibi Səid Cəlili isə 9,4 milyon səslə ikinci olub. Onlar 5 iyulda ikinci turda mübarizə aparacaq.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı