Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ölkənin hərbi-siyasi rəhbərliyini hakimiyyətdən uzaqlaşdırmağı planlaşdıran qrupun üzvlərini müəyyən edərək onları həbs edib.
BUTA.TV xəbər verir ki, bu barədə məlumat Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi Teleqram kanalında dərc edilib.
Aparılan istintaq işi nəticəsində məlum olub ki, zorakılıqla müşayiət edilməli olan çevriliş aktı iyul ayının 30-na planlaşdırılıb.
Dəstə üzvləri həmçinin Ukrayna Ali Radanın binasını ələ keçirməyi və bununla da onun işini əngəlləməyi planlaşdırıblar.
Hələlik ölkədə çevrilişə cəhd etməyə çalışan şəxslər və dəstə haqqında əlavə məlumat verilməyib.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı