Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda keçirilən 16 yaşlılar arasında boks üzrə Avropa çempionatının mükafatlandırma mərasimində qalmaqal baş verib.
Məlumata görə, 48 kq çəki dərəcəsində çıxış edən erməni idmançı Amerst Afrikyan italiyalı boksçu Corcio La Rossanı məğlub edərək, birinci yerə çıxıb. Həmin çəki dərəcəsində çıxış edən azərbaycanlı idmançı Aylin Nəzərova isə 3-cü olub.
Oğlanlar arasında 48 kq çəki dərəcəsində də Simon Simonyan finalda azərbaycanlı boksçu Nihat Qasımova qalib gəlib.
Mükafatlandırma mərasimində Ermənistan himni çalınan zamanı Aylin Nəzərova nümayişkaranə şəkildə fəxri kürsünü tərk edib.
Nihat Qasımov da Ermənistanın himinə etiraz olaraq, arxasını çevirib.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı