Bu gündən Azərbaycanda şəhərdaxili və şəhərlərarası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri bütün salonu əhatə edən, daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən, məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusuna malik videokameralarla təchiz olunmalıdır.
BUTA.TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin martın 28-də təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.
Bundan başqa, müntəzəm şəhərdaxili sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və yaxud xüsusi səs siqnalı olmalıdır.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı