Serbiyanın Novi Sad şəhərində keçiriləcək U-20 Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub.
Azərbaycan Güləş Federasiyasından BUTA.TV-a verilən məlumata görə, qitə birinciliyinin ilk günlərində yunan-Roma güləşçilərimiz çıxış edəcəklər. Heyətdə Rahim Həsənov (55 kiloqram), Tural Əhmədov (60 kiloqram), Məhəmməd Şükürzadə (63 kiloqram), Fəraim Mustafayev (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Davud Məmmədov (77 kiloqram), İsmayıl Rzayev (82 kiloqram), Əli Quliyev (87 kiloqram), Mahir Qurbanlı (97 kiloqram) və Məzaim Mərdanov (130 kiloqram) yer alıblar.
Daha sonra mübarizəyə qoşulacaq qadın güləşçilər - Elvina Kərimzadə (50 kiloqram), Əsmər Cankurtaran (53 kiloqram), Nərgiz Səmədova (55 kiloqram), Gülər Həbibova (57 kiloqram), Ruzanna Məmmədova (59 kiloqram) və Fatimə İsayeva (68 kiloqram) uğur qazanmağa çalışacaqlar.
Yarışın son günlərində isə sərbəst güləşçilərdən Vasif Bağırov (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Musa Verdiyev (65 kiloqram), Ramik Heybətov (70 kiloqram), Əhməd Əhmədli (74 kiloqram), Nurudin Maqomedqadjiyev (79 kiloqram), Sadiq Mustafazadə (86 kiloqram), Anar Cəfərli (92 kiloqram), Xetaq Karsanov (97 kiloqram) və Yusif Dursunov (125 kiloqram) mübarizəyə qoşulacaqlar.
U-20 Avropa çempionatında I kateqoriyalı hakimlərimizdən Natiq Hacıyev ilə Vüqar Şükürov ədaləti qoruyacaqlar.
Yarışa sabah start veriləcək.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı