Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Yüksək Texnologiyları Parkına (YTP) yeni Baş direktor təyin edilib.
BUTA.TV "BusinessTime"a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifəyə Nihat Məcidov təyin edilib. N.Məcidov bu təyinata qədər "Sabah.Hub"da və bir sıra beynəlxalq təşkilatlarda çalışıb. ADA Universitetini İqtisadiyyat ixtisası üzrə fərqlənmə ilə bitirən N.Məcidov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun kürəkənidir.
Xatırladaq ki, E.Əmrullayevin əmri ilə YTP-nin sabiq Baş direktoru Vasif Abbasov vəzifəsindən azad edilmişdi.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı