Cəlilabadda yol - nəqliyyat hadisəsi baş verib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, qəza köhnə Ələt-Astara yolunun 95-ci kilometrliyində, Cəlilabad rayonunun ərazisində qeydə alınıb.
1990-cı il təvəllüdlü Aygün Yüsibova idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yol kənarına çıxaraq aşıb.
Sürücü bel nahiyəsindən ağır zədə alıb. Yaralı hadisə yerinə gələn təcili yardım vasitəsi ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı