Baş verə biləcək bütün narazılıqları əvvəlcədən nəzərə almışdıq. Bunun üçün üç ay müddət verilmişdi.
Bu sözləri BUTA.TV-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov iyul ayının 1-də qüvvəyə minəcək qərara görə taksi sürücülərinin narazılıqlarına və vaxtı uzatmaq çağırışlarına cavab olaraq deyib.
“Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin çoxu proseduru son ana saxlayıb deyə, indi də bu cür narazılıqlar, vaxt darlığı olur. Amma üç aydır, hər yerdə qaydaları deyib və yazırıq ki, taksi minik avtomobili ilə sərnişin daşıma ilə məşğul olmaq istəyən şəxslər bizə müraicət etsin”, - T.Orucov bildirib.
Qeyd edək ki, taksi sürücüləri sosial şəbəkələrdə verilən vaxtın az, tələb olunan sənədlərin çox olduğunu vurğulayır, deyilən vaxtda qeydiyyatdan keçə bilməyəcəklərini bildirir və vaxtın uzadılması ilə bağlı çağırışlar edirlər.
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı