Macarıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 28-də bu ölkənin müdafiə naziri Kristof Szalay-Bobrovnicski ilə görüşüb.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Budapeşt şəhərində yerləşən "Qəhrəmanlar meydanı" ziyarət edilib və ənənəyə uyğun olaraq əklil qoyulub.
Macarıstan Müdafiə Nazirliyinin binasında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra fəxri qonaq kitabı imzalanıb.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdirildiyi qeyd edilib. Hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi məqsədilə bu cür səfərlərin əhəmiyyəti vurğulanıb. Birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib.
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video