Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan ilə iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın və ticarət tərəfdaşlığının möhkəmləndirilməsi üçün hərtərəfli strategiyanın hazırlanması barədə göstəriş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə "Assoşeyited Press of Pakistan"ın məqaləsində deyilir.
Məqalədə qeyd edilib ki, Azərbaycan və Pakistan arasında ticarət və investisiyaların inkişafı üçün imkanlar, eləcə də Azərbaycanla enerji sahəsində əməkdaşlıq üçün mühüm potensial mövcuddur. Bununla yanaşı, iki ölkə arasında güzəştli ticarət sazişinin bağlanması ilə bağlı danışıqlar aparılır.
“Pakistan coğrafi baxımdan Mərkəzi Asiya dövlətləri üçün dənizə təbii iqtisadi dəhliz təklif edir”, - Baş nazir bildirib.
Ş.Şərif onu da qeyd edib ki, Azərbaycan ilə Pakistan arasında möhkəm qardaşlıq münasibətləri mövcuddur.
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video