2023-cü il üçün alınan dividendlərə görə 50 ən varlı rusiyalının ikinci illik reytinqi açıqlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
“Reytinqə dividend gəliri 177,4 milyard rubl (2 milyard dollar) dəyərində qiymətləndirilən “Lukoyl”un əsas səhmdarı Vahid Ələkbərov başçılıq edir”, - məlumatda deyilir.
Qeyd olunur ki, “Lukoyl” həm 2022, həm də 2023-cü illərdə dividend ödəyən bir neçə ən böyük Rusiya şirkətlərindən biri olub.
Xatırladaq ki, 28,6 milyard dollar sərvətlə Rusiyanın 125 ən varlı adamı siyahısına “Lukoyl” neft şirkətinin şəriki Vahid Ələkbərov başçılıq edir.
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu