Bakı ilə əlaqələrin çiçəklənmə dövrünü yaşayırıq

18:00 - 25 İyun 2024 - GÜNDƏM

 Bakı ilə əlaqələrin çiçəklənmə dövrünü yaşayırıq

Rusiya və Azərbaycan ikitərəfli münasibətlərin çiçəklənmə dövrünü yaşayır.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk “Primakov qiraətləri”ndə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Moskva və Bakı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və digər layihələr üzrə uğurla əməkdaşlıq edirlər:

“Biz Azərbaycanla münasibətlərin çiçəklənmə dövrünü yaşayırıq. Bir sıra maraqlı, o cümlədən sənayenin inkişafı ilə bağlı layihələrimiz var, buraxılış məntəqələrimizi birgə modernləşdirdik. Nəqliyyat vasitələrinin keçidi ilə bağlı işlər çox səmərəli şəkildə aparılır. Sərhəddə heç bir gecikmə yoxdur”.

Bu xəbər hal-hazırda çox oxunur
Şəkili Pərviz yenə saxlanıldı

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol