Türkiyə Tatarıstan üçün strateji tərəfdaşdır.
BUTA.TV xəbər verir ki, bunu Tatarıstan rəhbəri Rüstəm Minnixanov “CNN Türk”ə müsahibəsində deyib.
Liderlərimiz Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan strateji tərəfdaşlardır. Hər iki ölkənin öz maraqları var, amma əsas məsələlərdə fikirlərimiz sülh, yaradıcılıqdır”, - Minnixanov bildirib.
Minnixanov Türkiyə ilə Tatarıstan arasındakı münasibətlərin güclü və strateji tərəfdaşlıq çərçivəsində olduğunu deyib:
“Çətin günlərdə kimin əsl dost olduğunu anlamaq olar. Türkiyə ölkəmizin əsl və strateji tərəfdaşıdır”.
Minnixanov Türkiyə ilə Tatarıstan arasındakı ticarət həcminin 2.9 milyard dollara çatdığını deyib.
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı