İyunun 22-də saat 23 radələrindən başlayaraq Qax rayonu ərazisində güclü külək başlayıb.
BUTA.TV Rayon Fövqəladə Hallar Komissiyasına istinadən bildirir ki, Qax şəhəri və ətraf kəndlərin ərazisində leysanla müşahidə edilən külək əsib. Daha sonra leysan dolu ilə əvəzlənib.
15-20 dəqiqə davam edən dolu fərdi təsərrüfatlara və meyvə ağaclarına ziyan vurub.
Külək bəzi ərazilərdə şiddətləndiyindən təhlükəsizlik tədbiri olaraq elektrik enerjisinin verilməsi dayandırılıb.
Komissiyadan bildirilib ki, hələlik ciddi fəsadlarla bağlı qaynar xəttə hər hansı məlumat daxil olmayıb. Müvafiq təşkilatlar və onların növbətçi qrupları vəziyyətlə bağlı xəbərdar edilib.
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi