Sel suları, yağış və güclü küləklə müşahidə edilən hava şəraiti Ağcabədi rayonunda bir neçə ağacın aşmasına və rayonun bəzi küçələrində, yaşayış yerlərində elektrik xətlərinin sıradan çıxarmasına səbəb olub.
"Azərişıq" ASC-dən BUTA.TV-a verilən məlumata görə, qurumun əməkdaşları təbiət hadisəsinin yaratdığı fəsadların aradan qaldırılması üçün gecə saatlarında gücləndirilmiş iş rejimində çalışırlar.
Qurumdan həmçinin bildirilib ki, rayonda elektrik enerjisinin verilişinin qısa zamanda bərpa edilməsi istiqamətində zəruri tədbirlər görülür.
Baş vermiş qəzalar aradan qaldırılan kimi elektrik enerjisi verilişinin tam bərpa ediləcək.
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat