Şayiələrin əksinə olaraq, İrəvanda etirazçıları dağıdan polis bölmələrində nə türklər, nə də azərbaycanlılar var - bədnam “qırmızı” və “qara” beretlilər çoxmərhələli seçimdən keçmiş etnik ermənilərdir.
BUTA.TV xəbər verir ki, bu barədə “Yerevanskiy nablyudatel” Teleqram kanalı məlumat yayıb. Kanalın iddiasına görə, bu polislər etnik ermənilər olsa da, onların təlimi “türk və azərbaycanlı müəllimlər” tərəfindən aparılıb.
Qeyd edək ki, Ermənistanda baş verən son aksiyada iştirakçılar polis kordonunu yararaq, parlament binasına hücum etməyə çalışıb. Bu zaman isə polisin amansız tədbirləri ilə qarşılaşıblar. Nəticədə 98 aksiyaçı, 17 polis yaralanıb.
Erməni mediası polisin öz vətəndaşlarına qarşı bu cür aqressivliyini “düşmən münasibət” kimi qiymətləndirib. “Düşmən” deyən kimi isə ermənilər “azərbaycanlı və türk” axtarırlar və hansısa formada bu zorakılığı Azərbaycana və Türkiyəyə bağlamaq kimi uydurma iddialara düşürlər.
- Sabah hava necə olacaq?
- Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- İş adamının 3 şirkəti ləğv olunur
- Xarici dil fənni üzrə dinləmədə narazılıq: Sədrdən reaksiya...
- ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
- 11-ci sinif şagirdləri buraxılış imtahanında esse yazacaq
- Narkoloji xəstələrin işə qəbulu ilə bağlı yeni qanun...
- Azərbaycanda bu müəssisə bağlandı - Video