Metronun "28 May" stansiyasının qarşısındakı avtomobillərin girişi üçün bağlanan Cəfər Cabbarlı meydanında yenidənqurma işlərinə başlanılır.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.az-a bildirilib ki, ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq quruculuq işləri çərçivəsində metronun "28 May" stansiyasının və Dəmiryol vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.
"Xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaq".
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim
- Sabah hava necə olacaq?
- Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- İş adamının 3 şirkəti ləğv olunur
- Xarici dil fənni üzrə dinləmədə narazılıq: Sədrdən reaksiya...
- ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
- 11-ci sinif şagirdləri buraxılış imtahanında esse yazacaq
- Narkoloji xəstələrin işə qəbulu ilə bağlı yeni qanun...