“Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov (Şərurlu İsfındiyar) liftin qırılması nəticəsində yeddi nəfərin xəsarət aldığı metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən yaşayış kompleksinin "Şərur" MTK-ya məxsus olması barədə iddialara münasibət bildirib.
İ.Axundov açıqlamasında deyib ki, hadisə “Stil” MTK-da olub: Bina “Şərur” MTK-ya aid deyil, bizə yaxın adamlarındır. Bir nəfər binadan təzə ev alıb, qonaqlıq edib. 8 nəfər bir yerdə liftə minib. Liftin qarşısında isə yazılıb ki, 4 nəfərlikdir. Bir nəfərin ayağı sınıb. Xəsarət alanlardan birinin 150 kilo çəkisi var. Veclərinə almayıblar, hamısı birdən-birə liftə dolublar. Ona görə lift tab gətirməyib, yerindən çıxıb. Vətəndaşların günahıdır. Qapıya yazılıb ki, 4 nəfərdən artıq adamın minməsi təhlükəlidir .
İ.Axundov “Şərur” MTK-nın binaları keyfiyyətsiz tikməsi, liftlərin yararsız olması barədə xəbərlərə isə belə cavab verib: “Gedib yoxlasınlar. Birincisi, tikinti şirkəti binanı təhvil verəndən sonra lift işini başqa şirkət nəzarətə götürür. Müqavilədə də bu yazılır. “Şərur” MTK lift işinə baxası deyil. Belə bir mütəxəssisi də yoxdur. Lisenziyası və mütəxəssisi olan lift şirkətləri ilə müqavilə bağlanır, məsuliyyəti onlar daşıyırlar. Qayda-qanun belədir. Bəziləri çoban kimi ağızlarına nə gəldi, yazırlar. Araşdırmırlar ki, işin məsuliyyəti kimin boynunadır. Sənədlərə baxsınlar. Tikinti şirkətləri liftlərə məsuliyyət daşımırlar”.
- Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi
- Azərbaycanda general işdən çıxarıldı
- Tehran Bakı ilə razılaşıb, İrəvanı satacaq? - Manqasaryan
- Vahid Ələkbərovun oğlu da ABŞ-ın qara siyahısında
- Məşhur polkovnikə yüksək vəzifə verildi
- Məcid Xandan Əliyevə: Bu, bizi olduqca kədərləndirdi
- Təyyarə qəzasında yaralanan daha bir nəfərdən xəbər var
- Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz - Babacanyan