Son 5 ildə köklü sosial islahatlar paketi icra edilib. Bu, dövlət tərəfindən həyata keçirilən sosial yönümlü tədbirlərdir.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O qeyd edib ki, şəhid ailələri və müharibə əlilləri üçün sosial ödənişlər artıb:
“122 min müharibə iştirakçısına sosial ödənişlər edilib. Özünüməşğulluq və sosial layihələr icra edilir”.
Nazir bildirib ki, nazirliyə Milli Məclisdən gələn bütün məktubların hamısı cavablandırılıb:
“Ev növbəsində isə biz heç kəsin növbəsini poza bilmərik. Ünvanlı yardımlarla bağlı da heç bir problem yoxdur. Bu sahədə artım var”.
Sahil Babayev vurğulayıb ki, təkliflərin maliyyə yükü ilə bağlı əsaslı yanaşmalar olmalıdır.
- Sabah hava necə olacaq?
- Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- İş adamının 3 şirkəti ləğv olunur
- Xarici dil fənni üzrə dinləmədə narazılıq: Sədrdən reaksiya...
- ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
- 11-ci sinif şagirdləri buraxılış imtahanında esse yazacaq
- Narkoloji xəstələrin işə qəbulu ilə bağlı yeni qanun...
- Azərbaycanda bu müəssisə bağlandı - Video