İş yerləri ilə bağlı duzlu, istiotlu hesabatlar açıqlanır. Amma bağlanan iş yerlərindən danışılmır.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Razi Nurullayev deyib.
O qeyd edib ki, büdcə xərclərinin səmərəlilik faizləri olduqca zəifdir:
“Azərbaycanda yaşı 70-i keçmiş şəhid ailələri var ki, onlar hələ də evlə təmin edilməyib. Sosial yardımlarla bağlı vəziyyət acınacaqlıdır. Bu yardıma ehtiyacı olanın qarşısında böyük qaya qoyulur. Bizdə hər şey kağız üzərində daha yaxşı görünür. Mənim məktublarıma cavab verilmir”.
Spiker Sahibə Qafarova isə deyib ki, hansı məktublarınıza cavab verilməyibsə, bizə məlumat verin:
“Həmin nazirliyin əməkdaşları buradadır. Onlar da məlumatlı olsun”.
- Xameneinin Hörmüzla bağlı göstərişi... - Nikzad
- Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - Foto
- QMİ bəyanat yaydı
- Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək
- Dairəvi qalada bərpa işlərinə başlanıldı - Foto
- Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim