Rus və alman alimləri qlobal istiləşmə ilə bağlı birgə hesabat yayıblar.
BUTA.TV xəbər verir ki, “Geomorphology” beynəlxalq elmi jurnalda dərc olunan hesabat Yakutiyadakı “cəhənnəmin qapısı” adlandırılan Bataqayk termokarstının iflasına həsr olunub.
Bildirilib ki, istiləşmə və ərimə səbəbindən tayqadakı daimi donuşluq sahəsi çökür. Kraterin 2014-cü ildə eni 790 metr idisə, hazırda 1 kilometrə çatıb. Dərinliyi isə 100 metrdir.
Alimlər çökmənin genişləndiyini qeyd edirlər.
Qeyd edək ki, termokarst daimi donuşluq sahələrində yeraltı buzun və ya donmuş qruntun əriməsi ilə əlaqədar olaraq yer səthinin çökməsidir.
- Xameneinin Hörmüzla bağlı göstərişi... - Nikzad
- Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - Foto
- QMİ bəyanat yaydı
- Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək
- Dairəvi qalada bərpa işlərinə başlanıldı - Foto
- Buraxılış imtahanının vaxtına 15 dəqiqə əlavə ediləcək
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim