Yəmənin “Ənsarullah” üsyançı hərəkatından olan husilər üç ticarət gəmisinə - “Verbena”, “SeaGuardian” və “Athina”ya hücum ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səriya “Əl Məsirə” telekanalının efirində deyib.
Onun sözlərinə görə, raket hücumu nəticəsində Ərəbistan dənizində olan “Verbena” yük gəmisinin göyərtəsində yanğın baş verib.
O həmçinin bildirir ki, Qırmızı dənizdə olan “SeaGuardian” və “Athina” neft tankerlərinə PUA ilə zərbə endirilib.
- Pəncərə silən qadın 6-cı mərtəbədən yıxılaraq öldü
- Bunu Mikayıl Cabbarovun təkidi ilə etdik, mən əleyhinə idim
- Sabah hava necə olacaq?
- Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
- İş adamının 3 şirkəti ləğv olunur
- Xarici dil fənni üzrə dinləmədə narazılıq: Sədrdən reaksiya...
- ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
- 11-ci sinif şagirdləri buraxılış imtahanında esse yazacaq