Belarus Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırır.
BUTA.TV BelTA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anatoli Qlaz bildirib.
Onun sözlərinə görə, bu məsələyə aydınlıq gətirmək üçün Ermənistan səfirliyinin nümayəndəsi XİN-ə çağırılıb:
“Vəziyyətin inkişafını nəzərə alaraq, yaxın vaxtlarda İrəvanda olan səfirimiz də Minskə gələcək”.
O vurğulayıb ki, əgər Ermənistanda kimsə xarici düşmən obrazı yaratmaqla diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, uzaqgörən mövqe deyil.
Qeyd edək ki, daha əvvəl Ermənistan Belarusdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
- MSK-nın yeni tərkibdə ilk iclası keçirilir
- Ali Məhkəmədən təkrar iddialarla bağlı qərar
- Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto
- Səbuhi Qurbanova yeni vəzifə verildi - Foto
- Turan Topalova tutduğu vəzifədən ayrıldı
- Buraxılış imtahanın nəticələri nə vaxt elan olunacaq?
- Yük maşını dərəyə aşdı, ölən var
- Xameneinin Hörmüzla bağlı göstərişi... - Nikzad