Naxçıvan Ağır Cinayətlər Məhkəməsində Kəngərli rayon sakini 24 yaşlı Sərvin Məmmədova hökm oxunub. O, qonşusu, 17 yaşlı Aysun İbrahimovanı qətlə yetirməkdə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
BUTA.TV xəbər verir ki, istintaq materiallarına görə Sərvin Məmmədov qonşusu Aysun İbrahimova ilə avtobusda tanış olub. Söhbət zamanı Sərvin Məmmədov Aysunun "Instagram" hesabını alıb. 1 ilə yaxın münasibət saxladıqları dövrdə Sərvin Məmmədov qızın görüntülərini toplayıb.
Münasibətləri korlandıqda isə fotoları Aysunun atasına göndərəcəyi ilə hədələyib, münasibəti davam etdirməyə çalışıb.
Hadisə günü Sərvin Məmmədov gecəyarısı Aysunun evdə tək olduğunu bildiyi üçün onlara gəlib. Aysunun etirazına baxmayaraq zorla evə daxil olub. Aysun İbrahimova qonşusu Sərvin Məmmədovdan şantaj foto-videolarını telefonundan silməsini tələb edib. Davamlı tələblərinə görə Sərvin əvvəlcə Aysunu döyüb, daha sonra bıçaqla qətlə yetirib.
Qətllə bağlı araşdırma aparan istintaqçılar qısa müddətdə Sərvin Məmmədovu müəyyən edib istintaqa cəlb ediblər.
Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 157.2 (qanuni əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma) və 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham verilib.
İlkin istintaq zamanı Sərvin Məmmədov cinayəti boynuna alsa da, məhkəmədə deyib ki, cinayəti məcbur edərək onun boynuna qoyublar.
Prokuror Sərvin Məmmədova Aysun İbrahimovanın evində əl izlərinin tapıldığını xatırladıb. Sərvin isə Aysunun evində olduğunu, amma onu öldürmədiyini deyib. Cinayətin kim tərəfindən törədilməsindən də xəbərsiz olduğunu əlavə edib.
Aysunun hüquqi varisi qismində tanınmış atası isə təqsirləndirilən şəxsin dediklərinə inanmayıb. Qızının Sərvin tərəfindən planlı şəkildə öldürüldüyünü deyib.
Hüseyn Məmmədovun sədrlik etdiyi məhkəmə heyəti təqsirləndirilən şəxsin dediklərini inandırıcı hesab etməyib.
Hökmə əsasən, Sərvin Məmmədov ittiham edildiyi maddələrlə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 15 il azadlıqdan məhrum edilib.
- FHN bu məktəb-liseydə təlim keçirəcək
- Prezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu
- Prezident yeni nəsil metro qatarları ilə tanış oldu
- 9 ayda 35 nəfər bu səbəbdən öldü
- “PAŞA Bank”ın vaxtı keçmiş kreditləri 58% artıb
- Qaradağda sürücünü soyan 3 nəfər saxlanıldı
- Neftçalada "Muravey" aşdı, sürücü öldü
- Ərdoğan Azərbaycanı bu siyahıdan çıxardı