Almaniya hökuməti AB-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərdən yayınmağa nəzarəti gücləndirmək məqsədi daşıyan və Rusiyanın mayeləşdirilmiş təbii qazının ixracı ilə bağlı yeni sanksiyalar paketinin təsdiqlənməsinə mane olur.
BUTA.TV xəbər verir ki, bu barədə TASS agentliyi Brüsseldəki mənbəsinə istinadən məlumat yayıb.
“Son zamanlar Almaniyanın yeni Macarıstana çevrildiyi təəssüratı yaranıb”, - mənbə bildirib.
Qeyd olunur ki, yeni sanksiyaların əsas məqsədi əvvəllər qəbul edilmiş məhdudiyyətlərin, xüsusən də Rusiya müdafiə sənayesi tərəfindən Qərb texnologiyalarının alınmasından yayınma ilə mübarizədir. Rusiyanın mayeləşdirilmiş təbii qazının üçüncü ölkələrə göndərilməsi üçün Avropa limanlarından istifadənin qadağan edilməsi də planlaşdırılır.
- 70 kq qızılla saxlanılan polkovnik-leytenanta hökm oxundu
- Regionda ilk dəfə Azərbaycanda bu layihənin icrasına başlanılır
- Təhlükədən qorunmaq üçün telefonla danışmayın! - FHN
- Bu ölkədə ildırım 14 nəfəri öldürdü
- MSK-nın yeni tərkibdə ilk iclası keçirilir
- Ali Məhkəmədən təkrar iddialarla bağlı qərar
- Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto
- Səbuhi Qurbanova yeni vəzifə verildi - Foto