Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 67 yaşlı Zülfi Atakişiyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, onun yaşadığı Ağcaqovaq kəndində əkdiyi, ümumi çəkisi 26 kiloqram olan 137 ədəd çətənə kolu aşkar edilib.
Saxlanılan şəxs narkotik tərkibli bitkiləri fevral ayında əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib.
Z.Atakişiyev çətənə kollarının kənardan görsənməməsi üçün həmin ərazinin kənarında əvvəlcə qamış becərib. Məhkəmənin qərarı ilə Z.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 11 nəfər saxlanılıb. Onlardan marixuana və çətənə kolları aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
- 70 kq qızılla saxlanılan polkovnik-leytenanta hökm oxundu
- Regionda ilk dəfə Azərbaycanda bu layihənin icrasına başlanılır
- Təhlükədən qorunmaq üçün telefonla danışmayın! - FHN
- Bu ölkədə ildırım 14 nəfəri öldürdü
- MSK-nın yeni tərkibdə ilk iclası keçirilir
- Ali Məhkəmədən təkrar iddialarla bağlı qərar
- Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto
- Səbuhi Qurbanova yeni vəzifə verildi - Foto