Gürcü deputatlar “Xarici agentlər haqqında” qanunu imzalamaqla ABŞ və Avropa Birliyinin təhdidlərinə baxmayaraq, öz mövqelərini müdafiə edə və ölkənin inkişafı lehinə seçim edə bildilər.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Artyom Turov deyib.
“Gürcüstan hakimiyyəti öz suverenliyini gücləndirmək üçün mühüm addım atıb ki, kənar qüvvələrin təsirinə məruz qalmasın, Qərb ölkələrinin bir sıra siyasətçilərinin istədiyi kimi deyil, məhz gürcü xalqının istədiyi kimi inkişaf etsin. Qanun yeni qəbul olunanda reaksiyanı gördük, avropalı siyasətçilərdən, ABŞ-dan hansı təhdidlər var idi. Amma gürcü parlamentarilərini öz mövqelərini müdafiə etdiklərinə və gələcək üçün seçim etdiklərinə görə təbrik etməliyik”, - Turov bildirib.
- MİQ üzrə test imtahanı keçiriləcək
- Şagirdlərin 1-ci sinfə elektron qəbuluna başlanılır
- İran “iqlim silahını” məhv etdi, yağış artdı? - Ekoloq
- Sel nəticəsində dağılan evlərin tikintisi həyata keçiriləcək
- Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı qərar verdi
- Sabah Bakıya yağış yağacaq
- Sabunçu tunelində çökmə aradan qaldırılacaq
- Oğuzda kompleks mülki müdafiə təlimi keçirildi - Video