“Meta” şirkəti saxta hesablar yaratmaq, insanları çaşdırmaq üçün koordinasiyalı fəaliyyət göstərən və bu şirkətin qaydalarını pozan İrana bağlı onlarla hesabı silib.
BUTA.TV xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilib.
Məlumata görə, “Meta” 2024-cü ilin birinci rübündə 22 Feysbuk hesabı, 8 səhifə, 8 qrup və 23 İnstaqram hesabını müəyyən edib və silib.
Şirkətin verdiyi məlumata görə, İsrail vətəndaşlarını hədəf alan bu hesabların hamısı İrandan yönləndirilib.
Bu şəbəkənin fəalları əsasən İsrail ilə bağlı xəbərləri və aktual hadisələri ivrit dilində dərc ediblər.
- MİQ üzrə test imtahanı keçiriləcək
- Şagirdlərin 1-ci sinfə elektron qəbuluna başlanılır
- İran “iqlim silahını” məhv etdi, yağış artdı? - Ekoloq
- Sel nəticəsində dağılan evlərin tikintisi həyata keçiriləcək
- Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı qərar verdi
- Sabah Bakıya yağış yağacaq
- Sabunçu tunelində çökmə aradan qaldırılacaq
- Oğuzda kompleks mülki müdafiə təlimi keçirildi - Video