Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq edən paytaxt sakini Sədulla Seyfullayevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a verilən məlumata görə, onun zərərçəkmişə həbsdə olan qohumunun azad olunmasına köməkliklər edəcəyi ilə bağlı yalan vədlər verərək 28000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin cinayət işi başlanılıb, S.Seyfullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polisə məlumat verə bilərlər.
- AZAL daha bir “Airbus A320neo” aldı
- Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçildi
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video