Ukrayna Kerç (Krım) körpüsünü zədələmək üçün hara vuracağını bilir, lakin bunu lazımi anda etmək lazımdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi İlya Yevlaş deyib.
"Körpünün dağıdılması rus işğalçıların yarımadadakı imkanlarını zəiflədər, həm də onları ruhdan salardı. Həmçinin Krıma müxtəlif növ avadanlıqların çatdırılmasında o qədər də fəal olmazdılar, bu, o cümlədən imic baxımından ciddi təsir göstərə bilərdi, çünki bu körpü Rusiyanın zəfər simvoluna çevrilib.
Belə bir məqsədə çatmaq üçün çoxlu raket lazımdır, çünki Krım körpüsü çox böyükdür. Bununla belə, mütəxəssislər dəmir yolu və yol örtüyünün əhəmiyyətli dərəcədə zədələnməsi üçün zərbələrin vurulmalı olduğu yerləri bilirlər”, - İ.Yevlaş bildirib.
O qeyd edib ki, Krım körpüsü demək olar ki, bütün dünyada ən çox mühafizə olunan obyektdir.
- AZAL daha bir “Airbus A320neo” aldı
- Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçildi
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video