Xəbər verdiyimiz kimi, “Electro-İndustries” QSC-nin elektrik quraşdırıcısı vəzifəsində işləyən Elvin Tağıyevin aprelin 29-da Mingəçevir REŞ MMC-nin Ucar yarımstansiyasında aparılan yenidənqurma işləri zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
BUTA.TV xəbər verir ki, əslən Kəlbəcər rayonundan olan və Mingəçevirdə yaşayan 1999-cu il təvəllüdlü Elvin Tağıyevin ötən il antiterror əməliyyatı (2023-cü il 19-20 sentyabr) zamanı şəhid olan Cahangir Tağızadənin yeganə qardaşı imiş.
Onun dayısının isə 44 günlük İkinci Qarabağ savaşında şəhid olduğu bildirilir.
Allah rəhmət eləsin!
- AZAL daha bir “Airbus A320neo” aldı
- Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçildi
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video