Ukrayna Prezidenti Vladimir Zelenskini öldürmək istəyən Rusiya casus şəbəkəsi ifşa olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın “İnsayder” nəşri məlumat yayıb.
Məlumata görə, şəbəkəyə Rusiyaya məxfi məlumatlar ötürən Ukrayna Dövlət Mühafizə İdarəsinin iki polkovniki də daxil olub.
Şəbəkənin vəzifələrindən biri Zelenskinin təhlükəsizlik xidmətinə yaxın olan hərbçilər arasından icraçılar axtarmaq imiş.
Bildirilib ki, Rusiya casus şəbəkəsi Zelenskini əvvəlcə girov götürmək, daha sonra öldürmək istəyib. Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov və Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Vasili Malyuka qarşı da sui-qəsd planlaşdırıb.
“Strana” nəşrinin məlumatına görə, dünən Ukrayna Dövlət Mühafizə İdarəsinin polkovniki Andrey Quk saxlanılıb. Onun İdarənin rəhbəri Sergey Rudun yaxın adamı olduğu deyilir.
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi
- Samir Şərifov nazirlərlə mühüm iclas keçirdi