Ermənistanla Rusiya arasında müəyyən problemlər var və İrəvan bu məsələləri həll etməyi qarşısına məqsəd qoyub.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Yığılmış problemlər çoxdur, bəziləri də səsləndirilib. Onlar Ermənistan və Rusiya arasında dostluq münasibətləri kontekstindən yaranan mənfi nüansları aradan qaldırmaq məqsədilə dilə gətirilib. Problemlər var və İrəvan bütün diqqətini onların həllinə cəmləyib”, - o bildirib.
Paşinyanın sözlərinə görə, çoxtərəfli və ikitərəfli münasibətlərin bütün gündəliyi müzakirə mövzusu olacaq. Təfərrüatlar görüşdən sonra veriləcək.
Baş nazir həmçinin bildirib ki, mayın 8-də o,Aİİ-nin yubiley sammitində iştirak etmək üçün Moskvaya gedəcək və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi
- Samir Şərifov nazirlərlə mühüm iclas keçirdi