Dünyanı “real siyasət” idarə edir, qərarı da səfir verməyib, Vaşinqtondan verilən qərarı səfir icra edib.
BUTA.TV xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin bir neçə gün öncəki müsahibəsində dediyi fikirlərə rəğmən Şuşaya səfər etməsini şərh edərkən deyib.
“Vaşinqton səfirin birmənalı qarşılanmayan müsahibəsindən həmən sonra niyə belə qərar verdi?! Çünki ABŞ Azərbaycan hakimiyyəti ilə yaxşı münasibətlərdə maraqlıdır, bizim hakimiyyətin simvolizmə önəm verdiyini bilir.
Bundan başqa, erməni mətbuatı və bəzi siyasətçiləri səfirin Şuşa məsələsi ilə bağlı publik açıqlamasını az qala böyük qələbə kimi təqdim edib, revanşist hissləri alovlandırmaq istəyirdilər, bu isə kilsə vasitəsi ilə Ermənistanı qarışdırmaq istəyən Moskvanın əlinə oynayırdı. Vaşinqton bunu gördü, o mənasız alovun üzərinə həmən su tökdü. Səfəri həm də belə oxumaq lazımdır”, - o bildirib.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ səfiri Libbi Şuşaya səfər etməməsinin səbəbini “azad edilən torpaqların fərqi” və “şoularda iştirak etmək istəməməsi” ilə əlaqələndirmişdi. Bu müsahibəsindən cəmi iki gün sonra Libbi Şuşaya səfər etdi və Cıdır düzündən xoş video-müraciət yaydı.
- Pezeşkian Azərbaycana səfərə hazırlaşır
- “Şuşa”nın yanındakı bu məşhur restoranlar da sökülür - Təcili
- Rusiya təyyarə qəzası ilə bağlı o xəbəri gözləyir - Peskov
- Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanlar tərxis olunur?
- Yanvar ayının pensiyaları nə zaman ödəniləcək? – DSMF
- Paşinyan Azərbaycana təkliflərini yaydı - Nələr var?
- Usubov Əhmədianla bu məsələləri müzakirə etdi
- Qərbi Azərbaycan həyəcanı - Paşinyan açıqlama verdi