“Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzində media nümayəndələri üçün autizm haqqında maarifləndirmə seminarı və mediatur təşkil edilib.
BUTA.TV xəbər verir ki, mediatur zamanı Autizm Mərkəzi ilə tanışlıq, autizmli gənclərdən ibarət “Mavi Ürəklər” xor və ritm qrupunun konsert proqramının izlənilməsi, “İnklüzivlik ayı” layihəsi çərçivəsində autizmli gənclər tərəfindən tullantıların təkrar istifadəsi nəticəsində hazırlanan işlərin nümayişi, autizm sindromlu gənclər və media nümayəndələri tərəfindən rəmzi ağacın rənglənməsi həyata keçirilib.
Qeyd edək ki, layihə çərçivəsində eyni zamanda media nümayəndələri Autizm Mərkəzi ilə əyani tanış olub, onlara fəaliyyət və istiqamətlər, autizmli uşaqların hansı proqramlar əsasında öyrədilməsi, sosial həyata hazırlanması ilə bağlı ətraflı məlumatlar verilib.
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi
- Samir Şərifov nazirlərlə mühüm iclas keçirdi