Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir.
Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, təklif yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 3 iyun–5 sentyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.
Bakıdan Dubaya aviabiletlərin qiyməti
Bir tərəfə:
• Gecə reysləri – 88 avrodan
• Səhər reysləri – 108 avrodan
Gediş-dönüş:
• Gecə reysləri – 168 avrodan
• Səhər reysləri – 208 avrodan
Dubaydan Bakıya aviabiletlərin qiyməti
Bir tərəfə:
• Gecə reysləri – 348 dirhəmdən
• Səhər reysləri – 428 dirhəmdən
Gediş-dönüş:
• Gecə reysləri – 666 dirhəmdən
• Səhər reysləri – 828 dirhəmdən
Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
Təklifdən yararlanaraq xüsusi qiymətlərlə Dubaya bilet almaq və macəra dolu yay tətili keçirmək fürsətini qaçırmayın!
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür.
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi
- Samir Şərifov nazirlərlə mühüm iclas keçirdi