Müsavat Partiyası hər zaman istiqamətinin “Rəsulzadə-Elçibəy yolu” olduğunu desə də, partiyanın 4 mayda Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət Evində baş tutan qurultayında Elçibəyin fotosu sərgilənməyib.
BUTA.TV xəbər verir ki, əvəzində Rəsulzadənin şəkli və şüarı həm sədarətin arxa fonunda, həm də zalın önündə yerləşdirilib.
Bu isə qurultayda iştirak edənlər arasında Elçibəyə qarşı hörmətsizlik və partiyanın elan etdiyi xəttə sadiq olmaması kimi qiymətləndirilib.
Partiyanın qurultayında 10 illik fasilədən sonra yenidən başqan seçilən İsa Qəmbər saytımıza açıqlamasında bildirib ki, qurultayda Elçibəyin fotosu var idi:
“Ola bilər ki, ölçüsü çox böyük olmadığı üçün diqqətinizi cəlb etməyib. Gələn qurultayda nəzərə alarıq”.
Qeyd edək ki, qurultaydan yayılan video və fotoşəkillərin heç birində Əbülfəz Elçibəyin şəklinin olduğu görünmür.
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video