Kürdəmirdə yağan güclü yağış həyatı iflic edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında bir neçə saat davam edən güclü leysan yağışları rayonun bir neçə küçə və prospektlərində gediş-gəlişi məhdudlaşdırıb.
Bu vəziyyət rayonun Bakı və Heydər Əliyev prospektlərində, eləcə də Xanlar Səfərəliyev, Şəhriyar küçələrində özünü daha çox büruzə verir. Adı çəkilən küçələrdə vəziyyət daha da ağırdır. Belə ki, yağış suları istər avtomobillərin, istərsə də piyadaların hərəkətinə əngəl yaradır.
Hazırda aidiyyəti qurumların canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirirlər.
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...