Hacıqabulda qızılcaya yoluxan gənc Bakıya xəstəxanaya aparılarkən yolda keçinib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, gecə saat 03:50 radələrində rayonun II Udullu kənd sakini, 2007-ci il təvəllüdlü Qarayeva Ayşə Eyvaz qızı yüksək hərarətlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olduğundan o, təcili yardım briqadası tərəfindən Bakıya aparılıb. Lakin Qaradağ rayonu ərazisində qız yolda keçinib.
Onun qızılcadan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...