Norveçdən olan beynəlxalq səyyahlar Cəbrayıldakı Xudafərin körpüsünü ziyarət ediblər.
BUTA.TV xəbər verir ki, qonaqlar Araz çayının şimal və cənub sahillərini birləşdirən qədim Azərbaycan memarlıq abidəsi – Xudafərin körpüsü ilə tanış olmaq üçün Cəbrayıl şəhərinə gəliblər.
Ərazidə əcnəbi səyahətçilərə körpünün tarixi və onun Böyük İpək Yolunda vaxtilə əsas rolu haqqında məlumat verilib.
Qeyd edək ki, Norveç Milli Beynəlxalq Səyahətçilər Klubu “Vagaclub”ın nümayəndə heyəti Yorn Auqestadın rəhbərliyi altında Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyyahlar Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olacaqlar.
Bu tur beynəlxalq nümayəndə heyətinin erməni işğalından azad edilmiş Azərbaycan ərazisinə onuncu səfəri olub.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı