Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin rəisi Ağakərim Səmədzadə vəzifəsindən azad edilib.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.
Sözügedən idarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.
Nazirin digər əmri ilə, Maliyyə və təminat idarəsinin iki rəis müavini - Çingiz Ələddin oğlu Məmmədov və Cümşüd Əli oğlu Cəfərov vəzifəsindən azad edilərək təqaüdə göndəriliblər.
Sənan Təyar oğlu Rəhimov isə sözügedən idarənin rəisi olaraq təsdiqlənib.
Qeyd edək ki, bu ilin mart ayında Maliyyə və təminat idarəsinin rəisi vəzifəsinin icrası Sənan Rəhimova tapşırılmışdı.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı