ABŞ F-16-sı qəzaya uğradı

13:06 - 1 May 2024 - GÜNDƏM

 ABŞ F-16-sı qəzaya uğradı

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi çərşənbə axşamı Nyu Meksikada Holloman Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.

“İnsident yerli vaxtla saat 11:50 radələrində (Bakı vaxtı ilə 21:50) “White Sands” milli parkı yaxınlığında baş verib. Qırıcının göyərtəsində yalnız pilot olub və o, katapult edib, hazırda tibbi yardım alır”, - məlumatda deyilir.

Yerli hakimiyyət nümayəndələri təyyarənin göyərtəsində olan zərərli kimyəvi maddələrin atmosferə daxil olması səbəbindən hadisə yerinə yaxınlaşmamağa çağırıblar. Qəzanın səbəbləri barədə məlumat verilməyib.

Bu xəbər hal-hazırda çox oxunur
Bakının mərkəzi yolları bağlanır

Qeyd olunur ki, bu, son altı ayda F-16 qırıcılarının üçüncü qəzasıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol