Türkiyə ordusu Bağdad hökumətinin və İraq Kürdüstanı administrasiyasının dəstəyi olmadan İraqın şimalında PKK terrorçularına qarşı sərhədyanı əməliyyat keçirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyyət” məlumat yayıb. Qeyd olunur ki, hazırlıqlar tam sürətlə gedir və əməliyyat istənilən vaxt başlaya bilər:
“Əməliyyata hazırlıq tam sürətlə gedir, Türkiyə hərbçilərinin müvəqqəti bazaları gücləndirilir, yeniləri yaradılır. Bəzi əməliyyat planlarına yenidən baxılıb, xüsusən də Bağdad və Ərbillə hərəkətlərin əlaqələndirilməsi məsələləri hazırlanır. İdeya ondan ibarətdir ki, İraq Kürdüstanın peşmərgə birləşmələri İraq-Suriya sərhədindəki nəzarət məntəqələrini nəzarətə götürsün və Türkiyəyə Metina, Həftanin və Zap rayonlarında logistika mərkəzlərinin yaradılmasında kömək etsinlər”.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı