NATO Ukrayna ordusuna dəstək verməklə bağlı iki vacib məqamı yerinə yetirməyib.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə səfərdə olan NATO Baş katibi Yens Stoltenberqlə görüşdə deyib.
"Cəbhədə sabitlik, ordumuzun qüdrəti, təşəbbüsü ələ almaq, əks-hücum əməliyyatlarını həyata keçirmək - bütün bunlar üç əsas məqamdan asılıdır. Birinci məqam maliyyədir ki, buna həm ikitərəfli səviyyədə tərəfdaşlar, həm də ABŞ müsbət səs verib. İkinci məqam - silahların vaxtında çatdırılmasıdır. Üçüncü məqam isə Ukraynaya dəqiq nəyin çatdırılması məsələsidir.
Alyans maliyyənin ayrılmasına səs verərək göstərilən şərtlərdən yalnız birincisini yerinə yetirib, lakin digər məsələlərdə müsbət cəhətlər görünmür", - Zelenski qeyd edib.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı