Bakının Səbail rayonunda avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən BUTA.TV-a verilən məlumata görə, “Toyota Prado” markalı, 01 CJ 733 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Pərviz Elşad oğlu Muradov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarına əsasən, sürücü P.Muradovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 15 sutka inzibati həbs olunub.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı