Çeçenistan rəhbəri Ramzan Kadırov öz klanı üçün Moskvanın zəmanətini almağa çalışır.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları yazıb.
“Varis kimi 16 yaşlı Adam Kadırovun namizədliyi razılaşdırılıb və ona əvvəlcə Adam Delimxanov kömək edəcək. Eyni zamanda, mənbələrin məlumatına görə, Ramzan Kadırov oyunu tərk etdikdən sonra Çeçenistanın imtiyazlı statusundan məhrum edilməsi məsələsi de-fakto həll olunub. Kadırovun ətrafını acınacaqlı aqibət gözləyir. Görünür, Çeçenistan rəhbəri başa düşür ki, hakimiyyətin təhvil verilməsi ilə bağlı əldə edilmiş bütün razılaşmalar və təhlükəsizlik zəmanətləri onun özü bacardığı müddətcə etibarlıdır. Ramzan Kadırov Səudiyyə Ərəbistanı və BƏƏ-ni öz ailəsi üçün alternativ aerodrom hesab edir. Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbsi ilə bağlı vəziyyət göstərdi ki, toxunulmaz kimsə yoxdur, hətta Şoyquya da hücum ola bilər. Bunları görən Çeçenistan rəhbəri xüsusilə fəallaşıb”, - məlumatda qeyd olunub.
- 14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Eynulla Fətullayev “haqqın”ı satdı
- Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto